Tofiq Musayev ekvadorlu həmkarı ilə COP29-un öhdəliklərini müzakirə edib

Tofiq Musayev ekvadorlu həmkarı ilə COP29-un öhdəliklərini müzakirə edib

22 Mart 2025

Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin başçısı Tofiq Musayev ekvadorlu həmkarı Andres Montalvo ilə COP29-un öhdəliklərini müzakirə edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Ekvadorun dünya təşkilatındakı diplomatik missiyasının sosial şəbəkə hesabında bildirilib.

“Azərbaycanın daimi nümayəndəsi Tofiq Musayevlə Ekvadorun daimi nümayəndəsi səfir Andres Montalvo arasında məhsuldar söhbət olub, bu söhbət zamanı BMT-nin gündəliyində duran məsələlər və xüsusilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29 – red.) öhdəlikləri müzakirə edilib”, – paylaşımda qeyd olunub.

Xatırladaq ki, ötən ilin dekabrında Musayev Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın BMT yanında daimi nümayəndəsi tıyin edilmişdi.