
Naxçıvanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil olunub - FOTO
Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin təşkilatçılığı, xeyriyyəçi Səfər Əlirzayevin dəstəyi ilə müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat tədbir Naxçıvan şəhərində yerləşən Naxçıvan Palace otelində baş tutub.
İftar süfrəsində çıxış edənlər Vətən uğrunda canlarını fəda edən şəhidlərin ailələrinə və qazilərə göstərilən diqqət və qayğının əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, bu cür tədbirlər şəhid ailələri və qazilərimizə olan ehtiramın bariz nümunəsidir.
Şəhid ailələri və qazilər dövlət tərəfindən göstərilən dəstəyə görə minnətdarlıqlarını bildirərək, Ramazan ayında belə bir tədbirin keçirilməsini yüksək qiymətləndiriblər.
Sonda iftar süfrəsi açılıb, dualar oxunub və şəhidlərimizin ruhuna ehtiram göstərilib.
Tədbirin gedişatında Xalq artisti Samir Cəfərov, Şəmistan Əlizamanlı və Sərxan Bünyadzadə bir-birindən gözəl mahnılar səsləndirib, tədbir iştirakçılarında xoş ovqat yaradıblar.