Naxçıvanda duz istehsalı bərpa olunub

Naxçıvanda duz istehsalı bərpa olunub

29 Aprel 2026

Naxçıvanda daş duzun çıxarılması, emalı və qablaşdırılması istiqamətində fəaliyyət bərpa olunub

"NAXÇIVANXƏBƏRLƏRİ" bildirir ki, "Naxçıvan Duz İstehsalı" Məhdud Məsuliyyətli Cəmiyyətindən verilən məlumata görə, Duzdağ massivində yerləşən 5 nömrəli duz mədənində texniki təhlükəsizliyin təmin edilməsi üçün zəruri bərpa və gücləndirmə işləri həyata keçirilib.

Beləliklə, müəssisədə daş duzun çıxarılması, emalı və qablaşdırılması istiqamətində fəaliyyət bərpa olunub.