Naxçıvanda ölmüş, yararsız heyvan cəmdəyinin satışının qarşısı alınıb - FOTO
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Şərur rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdiyi reyd zamanı Şərur rayonu Xətai kənd sakini fiziki şəxs Əhmədov Rövşən İsmayıl oğlu tərəfindən ölmüş, istehlaka yararsız 59 kq iribuynuzlu heyvan cəmdəyinin satışa çıxarılmasının qarşısı alınıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat mverir ki, orqanoleptik müayinələr zamanı heyvan cəmdəyinin insan istehlakı üçün yararsız olduğu müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, ölmüş heyvan cəmdəyi məhv edilib