Şərur rayonunun bir hissəsində işıq olmayacaq

Şərur rayonunun bir hissəsində işıq olmayacaq

12 Mart 2025

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2024-cü il tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin funksiyalarının “Azərenerji” və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətlərinə ötürülməsi əlaqədar elektrik yarımstansiyalarında cəmiyyətlərin balans mənsubiyyətli sərhədlərində elektrik sayğaclarının quraşdırılması məqsədilə Şərur rayonunun bir hissəsində martın 12-si saat 10:00-dan 12:00-dək elektrik enerjisinin verilişində qısa fasilə yaranacaq.