Naxçıvanda yanvarın 15-nə olan hava proqnozu
Naxçıvan Muxtar Respublikasında yanvarın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikası ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırır. Qərb küləyinin sürətinin saniyədə 3-8 metr arasında olacağı, bəzi saatlarda isə küləyin sürətinin artacağı gözlənilir. Havanın temperaturunun gecə 1-6° şaxta, gündüz isə 1+6° isti olacağı ehtimal olunur.