Naxçıvanda yaşıllaşdırma  ilə bağlı Dövlət Proqramında mühüm dəyişiklik edilib

Naxçıvanda yaşıllaşdırma ilə bağlı Dövlət Proqramında mühüm dəyişiklik edilib

03 Sentyabr 2026

Naxçıvanda yaşıllaşdırma və meşəsalma ilə bağlı Dövlət Proqramında mühüm dəyişiklik edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Proqramının Tədbirlər Planında “Meşəsalma” tədbirinin adı “Yaşıllaşdırma işlərinin genişləndirilməsi, meşəsalma” ifadəsi ilə əvəzlənib.

Bununla yanaşı, aralıq nəticələrdə də “Meşəsalma” ifadəsi “Yaşıllaşdırma, meşəsalma” kimi dəyişdirilib.

Ən mühüm yenilik isə yekun hədəfin dəyişdirilməsidir.

Yeni redaksiyaya əsasən, qarşıya qoyulan məqsəd yaşıllıq sahələrinin və meşə ilə örtülü ərazilərin artırılmasıdır.

Beləliklə, yeni yanaşma yalnız yeni meşə sahələrinin salınmasını deyil, ümumilikdə Naxçıvanda yaşıllıq ərazilərinin genişləndirilməsini nəzərdə tutur.