Naxçıvanda yaşlı əhalinin ən çox yaşadığı rayonlar açıqlanıb

Naxçıvanda yaşlı əhalinin ən çox yaşadığı rayonlar açıqlanıb

06 İyul 2026

Azərbaycanda son 5 ildə 70 və yuxarı yaşlı əhalinin sayı nəzərəçarpacaq dərəcədə artıb. Ölkə üzrə bu yaş qrupuna daxil olanların sayı 150 mindən çox artsa da, rayon və şəhərlər üzrə statistika fərqli mənzərə ortaya qoyur. Bəzi bölgələr yaşlı əhalinin sayına görə ilk sıralarda yer alır, bəzi rayonlarda isə bu göstərici xeyli aşağıdır.

"NAXÇIVANXƏBƏRLƏRİ" Dövlət Statistika Komitəsinin 2022-2026-cı illər üzrə məlumatlarını təhlil edib.

Rəsmi statistikaya görə, ölkədə 70 və yuxarı yaşlı əhalinin sayı 2022-ci ildəki 438 min 650 nəfərdən 2026-cı ildə 589 min 566 nəfərə yüksəlib. Bu isə beş il ərzində 150 min 916 nəfərlik artım deməkdir.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 70 və yuxarı yaşlı əhalinin sayı ölkənin digər rayon və şəhərlərində də fərqli göstəricilər nümayiş etdirir. Bəzi bölgələrdə bu yaş qrupuna daxil olanların sayı 8 min nəfəri keçdiyi halda, bəzi rayonlarda bu göstərici 2-4 min nəfər arasında dəyişir.

Belə ki, Ağdam rayonunda 70 yaşdan yuxarı 8 min 278 nəfər, Bərdədə 8 min 183 nəfər, Sabirabadda 7 min 702 nəfər, Salyanda isə 7 min 499 nəfər yaşayır. İlk sıralarda qərarlaşan rayonlar arasında Gədəbəy (6 min 950 nəfər), Yevlax (6 min 780 nəfər) və Naxçıvan şəhəri (6 min 726 nəfər) də yer alır.

Siyahının davamında İmişli rayonunda 6 min 188 nəfər, Göyçayda 6 min 209 nəfər, Ağcabədidə 6 min 131 nəfər, Qazaxda 6 min 76 nəfər, Qusarda 5 min 906 nəfər, Şamaxıda 5 min 797 nəfər, Kürdəmirdə 5 min 618 nəfər, Astarada 5 min 615 nəfər, Neftçalada 5 min 358 nəfər, Goranboyda isə 5 min 450 nəfər 70 yaşdan yuxarı əhali qeydə alınıb.

5 min nəfərdən aşağı göstəriciyə malik rayonlar da az deyil.

Məsələn, Ağdaş rayonunda yaşlıların sayı 5 min 197 nəfər, İsmayıllıda 5 min 106 nəfər, Şirvanda 4 min 862 nəfər, Ağstafada 4 min 730 nəfər, Beyləqanda 4 min 715 nəfər, Saatlıda 4 min 667 nəfər, Şərurda 4 min 618 nəfər, Biləsuvarda 4 min 504 nəfər təşkil edir.

Eyni zamanda, Cəbrayılda 4 min 163 nəfər, Ucarda 4 min 75 nəfər, Tərtərdə 4 min 47 nəfər, Ağsuda 4 min 52 nəfər, Babəkdə 3 min 844 nəfər, Laçında 3 min 838 nəfər, Göygöldə 3 min 780 nəfər, Kəlbəcərdə 3 min 528 nəfər, Hacıqabulda 3 min 502 nəfər, Ordubadda 3 min 471 nəfər, Lerikdə 3 min 466 nəfər, Samuxda isə 3 min 391 nəfər yaşlı əhali yaşayır.

Siyahının sonrakı hissəsində Zərdabda 3 min 118 nəfər, Şabranda 2 min 998 nəfər, Sədərəkdə 2 min 727 nəfər, Yardımlıda 2 min 554 nəfər, Zəngilanda 2 min 541 nəfər, Culfada 2 min 433 nəfər, Siyəzəndə 2 min 39 nəfər, Qobustanda 2 min 24 nəfər, Qubadlıda 2 min 14 nəfər, Kəngərlidə 1 min 787 nəfər, Şahbuzda 1 min 740 nəfər, Şuşada 1 min 667 nəfər, Daşkəsəndə 1 min 664 nəfər, Pirallahıda 1 min 448 nəfər, Xızıda 1 min 12 nəfər qeydə alınıb.

Ən aşağı göstəricilər isə Xocalı (763 nəfər), Naftalan (676 nəfər), Xocavənd (670 nəfər), Ağdərə (636 nəfər) və Xankəndi şəhərində (270 nəfər) müşahidə olunur.