Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 28,2% artıb

Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 28,2% artıb

22 İyun 2026

Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 1 iyun 2026-cı il tarixə MR-də qeydiyyatda olan onlayn NKA-ların sayı 3.347 ədəd olub.

Yeni nəsil NKA-lardan istifadənin genişlənməsi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə şərait yaradıb. 2026-cı ilin yanvar – may aylarında Naxçıvanda belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 237,1 milyon manatdan artıq olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 52,2 milyon manat və ya 28,2 faiz çoxdur.