Naxçıvanda yük və sərnişin daşınması artıb

Naxçıvanda yük və sərnişin daşınması artıb

17 Fevral 2026

Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 0,5 milyon ton yük, 3,6 milyon nəfər sərnişin daşınıb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınması 1,3 %, sərnişin daşınması isə 1,5 % artıb.