Naxçıvanın dağlıq ərazilərinə qar yağır
Dekabrın 13-ü saat 10:00-a olan məlumata əsasən, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir. Bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Qarın hündürlüyü Ordubad rayonun yüksək dağlıq ərazilərində (3000 m) 25, Parağaçaq Qar Uçqunu Stansiyasında 5, Şahbuz rayonunun Kükü və Biçənək kəndlərində isə 1 sm qeydə alınıb.








