On bir ayda əlilliyi olan 40 min 600 uşağa reabilitasiya xidmətləri göstərilib

On bir ayda əlilliyi olan 40 min 600 uşağa reabilitasiya xidmətləri göstərilib

28 Dekabr 2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzlərində bu ilin yanvar-noyabr aylarında əlilliyi olan 40 min 600 uşağa xidmətlər göstərilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, onlardan 27 min 400-ü ambulator, 2 mini stasionar, digərləri icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Həmin kateqoriyadan olan uşaqlar agentliyin paytaxtda yerləşən 1 və 2 saylı, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.