Növbəti köç karvanı Ağdərənin Vəngli kəndinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB
Növbəti köç karvanı Ağdərə rayonunun Vəngli kəndinə çatıb, açarlar sakinlərə təqdim olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları sakinlərə bərpa olunmuş mənzillərin açarlarını təqdim ediblər.
Qeyd edək ki, bu köçlə Vəngli kəndinə qayıdan ailələrin ümumi sayı 137-yə (532 nəfər) çatıb.








