Ötən ay ölkədən çıxışı qadağan olunan neçə nəfər saxlanılıb?

Ötən ay ölkədən çıxışı qadağan olunan neçə nəfər saxlanılıb?

09 Avqust 2026

İyul ayında Azərbaycandan çıxışı qadağan olunan 797 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 330 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.

Həmçinin Azərbaycandan çıxışı qadağan edilmiş 797 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 31 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.