Naxçıvanda ötən ay neçə yanğın hadisəsi qeydə alınıb?
2026-cı ilin iyul ayında Naxçıvan Muxtar Respublikası ərazisində ümumilikdə 50 yanğın hadisəsi qeydə alınıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yaydığı statistikaya görə, yanğın hadisələrinin şəhər və rayonlar üzrə bölgüsü belədir: Şərur və Kəngərli rayonlarının hər birində 11, Naxçıvan şəhərində 7, Şahbuz rayonunda 6, Sədərək rayonunda 5, Babək və Ordubad rayonlarının hər birində 4, Culfa rayonunda isə 2 yanğın hadisəsi baş verib.
Statistikaya əsasən, iyul ayında ən çox yanğın hadisəsi Şərur və Kəngərli rayonlarında, ən az yanğın isə Culfa rayonunda qeydə alınıb.








