Ötən il əhalinin gəlirləri 8% artıb
2025-ci ildə ölkə əhalisinin nominal gəlirləri 2024-cü ilə nisbətən 8,0 faiz artaraq 89916,0 milyon manat və ya hər nəfərə orta hesabla 8777,6 manat olmuşdur.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin açıqladığı 2025-ci ilin yanvar-dekabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.
Bildirilib ki, Əhalinin sərəncamında qalan gəlirləri 79945,3 milyon manat təşkil etmişdir.








