Paşinyan: Azərbaycanla sülh müqaviləsi dövlətçiliyimizin uzunömürlülüyünün təməlini qoyacaq
Yaxın vaxtlarda Ermənistan diqqətini Azərbaycanla sülh müqaviləsinin imzalanmasına və ratifikasiyasına cəmləməlidir.
"NAXÇIVANXƏBƏRLƏRİ" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bildirib.
"Bu baş verən kimi, deyə biləcəyik ki, biz Ermənistan dövlətçiliyinin uzunömürlülüyünün təməlini qoyduq. Mən belə fikirləşirəm: yaxın vaxtlarda biz diqqətimizi Azərbaycanla paraflanmış sülh sazişinin imzalanması və ratifikasiyası işinə cəmləməliyik. Və bu baş verəndə biz təsdiq edə biləcəyik ki, Ermənistan dövlətçiliyinin uzunömürlülüyünün təməlini qoymuşuq", - Paşinyan sosial şəbəkələrdəki videomüraciətində bəyan edib.








