Pərviz Şahbazov Kris Rayt ilə görüşüb

Pərviz Şahbazov Kris Rayt ilə görüşüb

13 Dekabr 2025

Azərbaycan və ABŞ arasında enerji tərəfdaşlığının yeni mərhələdə inkişafı istiqamətində məhsuldar müzakirələr aparılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Müzakirələr P.Şahbazovun ABŞ-yə səfəri çərçivəsində Amerika Birləşmiş Ştatlarının energetika naziri Kris Rayt ilə görüşdə olub.

"Neft və qaz resurslarının beynəlxalq bazarlara çıxarılmasında Azərbaycanın rolu, Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Dəhlizlərinin inkişafı və əməkdaşlıq perspektivlərini dəyərləndirdik", - deyə nazir qeyd edib.