Qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi barədə qərardan kimə şikayət etmək olar? -

Qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi barədə qərardan kimə şikayət etmək olar? - HÜQUQ MƏSLƏHƏTİ

28 Aprel 2025

Sual: Qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi barədə qərardan kimə şikayət etmək olar?

Cavab: Şübhəli və ya təqsirləndirilən şəxs, onun müdafiəçisi və qanuni nümayəndəsi, cinayət prosesinin digər maraqlı iştirakçıları cinayət prosesini həyata keçirən orqanın qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi barədə qərarından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yaxud məhkəməyə şikayət edə bilərlər.
Məhkəməyədək icraat zamanı hallar istisna olmaqla, qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilməz.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov