Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə gübrə və qarabaşaq göndərilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə gübrə və qarabaşaq göndərilib

24 Mart 2026

Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana 4 vaqon gübrə və 1 vaqon qarabaşaq "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, gübrənin ümumi çəkisi 271 ton, qarabaşağın ümumi çəkisi isə 68 tondur.

Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23 min tondan çox taxıl, həmçinin 700 tondan çox gübrə göndərilib.