
Şahin Mirzəyev Şərur rayonunda vətəndaşları qəbul edib - FOTO
Fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev 18 mart 2025-ci il tarixində Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Şərur rayon sakinlərinin qəbulunu keçirib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əvvəlcə, nazir general-mayor Şahin Mirzəyev xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Şərur rayonunda yerləşən abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.
Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən rayon sakinlərinin müraciətləri dinlənilib. Əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.
Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.