Aprelin 1-dən məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır

Aprelin 1-dən məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır

19 Mart 2025

Aprelin 1-i saat 18:00-dan etibarən uşaqların birinci sinfə qəbulu prosesinə hazırlıq məqsədilə məktəbəhazırlıq qrupları üzrə şagirdlərin yerdəyişməsi prosesi dayandırılır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edək ki, 25 fevraldan 2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib. Yerdəyişmə məktəbəhazırlıq qruplarını, I-VIII və X sinifləri əhatə edir. Şagirdlərin yerdəyişməsi sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir.