
Naxçıvanda yaradıcı gənclər və “Robogenius” komandasının üzvləri kursantlarla görüşüb - FOTO
Martın 17-də Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində “Hədəfimiz - İnkişafdır!” layihəsi çərçivəsində görüş keçirilib. Tədbirdə Naxçıvanın bir qrup yaradıcı gəncləri və “Robogenius” komandasının üzvləri kursantlarla bir araya gəlib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüş zamanı gənclərin hazırladığı "Markus" adlı robot kursantlara təqdim edilib. Robotun interaktiv ünsiyyət qurmaq, suallara dərhal cavab vermək və süni intellekt imkanlarından istifadə etmək bacarıqları nümayiş etdirilib.
Bundan əlavə, martın 17-dən 30-dək kursantlar arasında "Startap" müsabiqəsinin keçirilməsi planlaşdırılıb. Müsabiqə gənclərin yaradıcılığını və texnoloji biliklərini inkişaf etdirmək, eləcə də yeni ideyaları dəstəkləmək məqsədi daşıyır. İştirakçılar avtonom qurğular, müdafiə robotları və süni intellekt sahəsində innovativ layihələr təqdim edəcəklər. Qaliblər xüsusi mükafatlarla təltif olunacaq.