“Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti təmizlik aksiyası keçirilib -

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti təmizlik aksiyası keçirilib - FOTO

17 Aprel 2026

Aprelin 16-da ekokönüllülərin iştirakı ilə Naxçıvan şəhərindəki Sahil Parkının kənarında, Naxçıvançay çayının vadisi ətrafında aksiya keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan aksiyada Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və ekokönüllülər iştirak ediblər.

Aksiya zamanı ərazi ümumilikdə 150 kiloqramdan artıq tullantıdan təmizlənib.

Aksiyanın keçirilməsində məqsəd ətraf mühitin mühafizəsi, ekoloji şüurun artırılması, təbiətə qarşı məsuliyyətli yanaşmanın təşviqi və tullantıların düzgün idarə olunmasına diqqətin cəlb edilməsidir.