Şəhidlərimizin xatirəsi ehtiramla yad edilib -

Şəhidlərimizin xatirəsi ehtiramla yad edilib - VİDEO

29 Noyabr 2025

Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimiz - gizir Rəhimov Ramil Sücəddin oğlu, əsgər Əhmədov İlqar Adil oğlu və əsgər Bayramov Əli Nadir oğlunun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. 

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Müdafiə Nazirliyindən məlumat verilib.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər. 

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Anım mərasimində çıxış edənlər torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qazandığımız şanlı Qələbənin tarixi əhəmiyyətindən, şəhidlərimizin döyüşlərdə göstərdikləri igidlik və şücaət nümunələrindən söz açaraq onların şərəfli həyat yollarından danışıblar.

Tədbirdə şəhidlərimizə həsr olunmuş videoçarx nümayiş etdirilib və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən hərbi vətənpərvərlik mövzusunda bədii kompozisiyalar təqdim olunub.

Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.