Sərdar Berdiməhəmmədov "Dostlug" tankerinə görə İlham Əliyevə təşəkkür edib

Sərdar Berdiməhəmmədov "Dostlug" tankerinə görə İlham Əliyevə təşəkkür edib

22 İyun 2026

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov "Dostlug" neftdaşıyan tankerinin hədiyyə olunmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatla çıxış edərkən bildirib.

"Dostlug" neft tankerinin hədiyyə olunmasına görə də təşəkkür edən Sərdar Berdiməhəmmədov bunu ölkələr arasındakı qardaşlıq münasibətlərinin rəmzi kimi qəbul etdiklərini vurğuladı, bu tankerin ölkələrin tərəqqisinə töhfə verəcəyinə və uğurlu əməkdaşlığın daha bir təzahürü olacağına əminliyini ifadə etdi.