“Şərqin qapısı” festivalında Rus Dram Teatrının tamaşası maraqla qarşılanıb -

“Şərqin qapısı” festivalında Rus Dram Teatrının tamaşası maraqla qarşılanıb - FOTO

09 May 2026

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının 143 illiyinə həsr olunmuş “Şərqin qapısı” teatr festivalı uğurla davam edir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, festivalın ikinci günündə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı tərəfindən böyük Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan, alim-botanık və dərviş Məstəli şah, məşhur sehrbaz” əsəri əsasında hazırlanmış tamaşa nümayiş olunub.

Tamaşanın quruluşçu rejissoru xalq artisti Aleksandr Şarovskidir. Səhnə əsəri festival iştirakçıları və teatrsevərlər tərəfindən maraqla qarşılanıb.

Tamaşada əsas rolları xalq artistləri Mabud Məhərrəmov, Fuad Osmanov, Səfa Mirzəqasımov, Natalya Şarovskaya, əməkdar artistlər Həcər Ağayeva, Tamilla Abutalıbova, Murad Məmmədov, İnna İmranova, Salman Bayramov və digər aktyorlar ifa ediblər.

Klassik dramaturgiyanın müasir səhnə həlli ilə təqdim olunduğu tamaşa festival proqramına xüsusi rəng qataraq tamaşaçıların alqışları ilə qarşılanıb.