Şimali Kiprin spikeri Azərbaycana səfərə gəlib
Şimali Kiprin parlament sədri Ziya Öztürkler Azərbaycana işgüzar səfərə gəlib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd olunub ki, səfər çərçivəsində ŞKTC sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək.








