Şuşa və Trabzon şəhərləri qardaşlaşıb

Şuşa və Trabzon şəhərləri qardaşlaşıb

19 May 2026

Azərbaycanın Şuşa və Türkiyənin Trabzon şəhərləri qardaşlaşıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusundə tədbirdə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədi Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genc imzalayıblar.