Təhlükəsizlik boşluqları aşkarlanan dövlət informasiya resurslarının sayı azalıb
Bu ilin yanvar-may aylarında Azərbaycandakı dövlət qurumlarının 352 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49 % azdır.
Təkcə mayda isə 49 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 1 il əvvələ nisbətən 6 dəfə azdır.
2025-ci ildə dövlət qurumlarının 1 264 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 2024-cü illə müqayisədə 47,5 % çoxdur.








