Naxçıvanda elektrik enerjisinə tələbat bərpa olunan mənbələr hesabına tam ödənilib

Naxçıvanda elektrik enerjisinə tələbat bərpa olunan mənbələr hesabına tam ödənilib

08 İyun 2026

Bu ilin may ayında Azərbaycanda istehsal olunmuş elektrik enerjisinin 33%-i bərpa olunan enerji mənbələrinin payına düşüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ötən ay 2 milyard 83,4 milyon kVt·st aqelektrik enerjisi istehsal edilib ki, bunun 689 milyon kVt·st-ı bərpa olunan mənbələr hesabına təmin olunub.

Ay ərzində Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi tələbatı tam şəkildə bərpa olunan enerji mənbələri hesabına qarşılanıb.