Türkiyə Prezidenti Azərbaycana səfir təyinatını təsdiqləyib

Türkiyə Prezidenti Azərbaycana səfir təyinatını təsdiqləyib

11 Yanvar 2025

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrə səfir təyinatını təsdiqləyib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, müvafiq qərar şənbə günü, yanvarın 11-də qüvvəyə minib və Türkiyə hökumətinin rəsmi qəzeti olan “Resmi Gazete”də dərc olunub.

Türkiyə liderinin qərarına əsasən, Birol Akgün Türkiyənin Azərbaycandakı yeni səfiri təyin olunub.

Bundan başqa, Türkiyənin daha beş ölkədə - Almaniya, İordaniya, BƏƏ, Mozambik və Kubadakı diplomatik nümayəndəliklərinin rəhbərləri dəyişib.