Türkiyədə güclü zəlzələ baş verib

Türkiyədə güclü zəlzələ baş verib

20 May 2026

Türkiyənin Malatya vilayətində 5,6 maqnitudalı zəlzələ olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd edilib ki, yeraltı təkan Battalqazi rayonunda qeydə alınıb.

Zəlzələ ocağının dərinliyi 7 kilometrdir.