Uraloğlu: Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik

Uraloğlu: Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik

31 Dekabr 2025

Zəngəzur dəhlizi sayəsində Türk dünyasına və türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu "Haber Global"ın efirində deyib.

"Bizə dəhlizin tutumu baxımından və fövqəladə vəziyyətlər üçün alternativlər lazımdır. Bakı–Tbilisi–Qars xətti 1,5 il bağlı qaldı, çünki təmir işləri aparıldı. Alternativləri biz yaratmalıyıq. Bu baxımdan Zəngəzur dəhlizi önəmlidir", - nazir qeyd edib.

Onun sözlərinə görə, Xəzər dənizindən keçməklə digər alternativlər də var.