Vüqar Gülməmmədov: "Büdcə vəsaitindən daha rasional istifadə edilməlidir"
Azərbaycanda dövlət vəsaitinin daha rasional istifadə edilməsini təşkilatların ən ümdə vəzifəsinə çevirmək əsas hədəf hesab edilməlidir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanunun layihəsinin müzakirəsi zamanı bildirib.
"Bu iş ötən ilin dövlət büdcəsinin icrasının və ümumiyyətlə, dövlətin maliyyə idarəetməsinin intizam fəlsəfəsi üzərində qurulmasına xidmət edir. Bu məntiqdən çıxış edərək 2025-ci il həm də ölkənin son illərdə ən vacib strateji sənədi hesab edilən "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın dördüncü ilinin icrası üzrə hədəflərin reallaşdırılması, qəbul edilmiş bir sıra dövlət proqramlarının və strategiyaların icrasının bitməsi, həmçinin dövlət maliyyəsi müstəvisində "Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsi"nin icrası baxımından xüsusi əhəmiyyət kəsb edir", - deyə o qeyd edib.








