XİN Heydər Əliyevin vəfatı ilə bağlı paylaşım edilib

XİN Heydər Əliyevin vəfatı ilə bağlı paylaşım edilib

12 Dekabr 2025

Azərbaycan Xarici İşlər Nazirliyinin sosial media hesablarında Ulu öndər Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə bağlı paylaşım edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, paylaşımda qeyd olunub:

"Bu gün Azərbaycan xalqının qəlbində dərin iz qoymuş, Azərbaycan Respublikasının dövlətçiliyinin inkişafında müstəsna rol oynamış, milli maraqlarımızın qorunmasında misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin vəfatından 22 il ötür. Onun müdrik siyasəti, uzaqgörənliyi və xalqına sonsuz bağlılığı Azərbaycanın inkişaf tarixində silinməz iz qoymuşdur. Ulu Öndərin əziz xatirəsini dərin hörmət və böyük ehtiramla yad edirik. Allah rəhmət eləsin!"

irliyinin sosial media hesablarında Ulu öndər Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə bağlı paylaşım edilib.

https://x.com/AzerbaijanMFA/status/1999211902229185014

https://x.com/AzerbaijanMFA/status/1999210526803435628/photo/1