8 ayda 26 min nəfərə pensiya təyin edilib
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26 228 nəfərə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna istinadə xəbər verir.
Məlumata görə, onların 58,3%-ni kişilər, 41,7%-ni isə qadınlar təşkil edib.








