Ağalı kəndi BMT-nin "Model Kəndlər Şəbəkəsi"nə daxil edilib

Ağalı kəndi BMT-nin "Model Kəndlər Şəbəkəsi"nə daxil edilib

25 Fevral 2026

Zəngilan rayonunun Ağalı kənd icması BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) "Model Kəndlər Şəbəkəsi"nə daxil edilib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, Ağalı təbii irsin qorunması, biomüxtəlifliyin dəstəklənməsi və dayanıqlı kənd inkişafına verdiyi töhfəyə görə nümunəvi kənd icması kimi tanınıb.