Ağdam–Xankəndi dəmir yolu xəttinin tikintisi sürətlə davam edir -

Ağdam–Xankəndi dəmir yolu xəttinin tikintisi sürətlə davam edir - VİDEO

31 İyul 2026

Qarabağın yeni nəqliyyat marşrutlarından biri olacaq Ağdam–Xankəndi dəmir yolu xəttinin tikintisi davam edir.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Bildirilib ki, dəmir yolu xətti üzrə layihələndirmə işlərinin 90, tikinti işlərinin isə 44 %-ə yaxını başa çatıb.

"Ağdam–Xankəndi dəmir yolu xətti üzrə inşa olunacaq Əsgəran və Xocalı stansiyalarının konsept layihələri artıq tamamlanıb. Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin isə tikinti işləri sürətlə davam etdirilir", - məlumatda qeyd olunub.