DİM 150 balla qəbul mümkün olan ixtisasları açıqlayıb

DİM 150 balla qəbul mümkün olan ixtisasları açıqlayıb

31 İyul 2026

150–200 bal toplayan abituriyentlər I və II ixtisas qruplarında daha geniş seçim imkanına malik olacaqlar.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalustlərə açıqlamasında deyib.

O bildirib ki, ötən il I ixtisas qrupunda 150 balla qəbul aparılan 11 ixtisas var idi:

"Onlardan 7-si kənd təsərrüfatı, 4-ü isə RK (Riyaziyyat İnformatika) altqrupuna aid idi. Bu il həmin siyahı genişləndirilir. Rİ altqrupuna aid daha iki ixtisas - Kompüter mühəndisliyi və İnformasiya texnologiyaları siyahıya əlavə edilir. Beləliklə, Rİ altqrupunda 150–200 bal toplayan abituriyentlər də bu ixtisasları seçə biləcəklər. II ixtisas qrupunda da təxminən 7 yeni ixtisas 150 ballıq ixtisaslar siyahısına əlavə olunub. 150–200 bal toplayan abituriyentlər I və II ixtisas qruplarında daha geniş seçim imkanına malik olacaqlar".

DİM sədri vurğulayıb ki, III və IV ixtisas qruplarında isə hər hansı dəyişiklik yoxdur:

"Keçən il qüvvədə olan siyahı bu il də saxlanılıb və əlavə edilməyib. Düşünürəm ki, bu yenilik I və II ixtisas qrupunun abituriyentləri üçün kifayət qədər sevindirici xəbərdir".