Bu nazirliyin xidməti avtomobillərinin sayı artırılıb
Nazirlər Kabineti 18 iyul 2011-ci il tarixli "Dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" qərarında dəyişiklik edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.
Qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidməti minik avtomobillərinin say həddi aparat üzrə 7-dən 8-ə çatdırılıb.








