Ali Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Ali Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

13 İyul 2026

Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci çağırış növbədənkənar sessiyasının iyulun 14-də keçiriləcək növbəti iclasının gündəliyi açıqlanıb.

Gündəliyə "Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin icrası haqqında", "Normativ hüquqi aktlar haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" və "Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında" qanun layihələrinin üçüncü oxunuşda müzakirəsi daxil edilib.