Əli Əsədov və Yan Sonders Azərbaycan ilə ÜGT arasında əməkdaşlığı müzakirə edib

Əli Əsədov və Yan Sonders Azərbaycan ilə ÜGT arasında əməkdaşlığı müzakirə edib

13 İyul 2026

Baş nazir Əli Əsədov iyulun 13-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi Yan Sonders ilə görüşüb, Azərbaycan ilə ÜGT arasında əməkdaşlıq müzakirə olunub.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib Görüşdə Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasında uzunmüddətli və səmərəli tərəfdaşlığın inkişafından məmnunluq ifadə olunub.

Azərbaycanın gömrük sistemində həyata keçirilən ardıcıl islahatlar barədə bəhs olunub, bu baxımdan beynəlxalq standartların tətbiqi istiqamətində ÜGT ilə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Beynəlxalq ticarətin asanlaşdırılması, gömrük prosedurlarının modernləşdirilməsi və qlobal təchizat zəncirlərinin dayanıqlılığının təmin olunması ilə bağlı həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin regional və beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində gömrük əməkdaşlığının genişləndirilməsi, xüsusilə də Orta Dəhlizin inkişafı və tranzit potensialının gücləndirilməsi məsələlərinə toxunulub.

Görüş zamanı Azərbaycan ilə ÜGT arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Görüşdə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov da iştirak edib.