ATƏT-in sədri Azərbaycana gəldi

ATƏT-in sədri Azərbaycana gəldi

04 Avqust 2026

İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri İqnasio Kassis Azərbaycanda səfərdədir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, o bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Azerbaycana ilk rəsmi səfərimi həyata keçirməkdən məmnunam. İsveçrə Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir", - o yazıb.

İ. Kassis ATƏT-in fəaliyyətdə olan sədri kimi Cənubi Qafqazda dialoq, sülh, sabitlik və rifahı irəli aparmaqla yanaşı, ticarət, innovasiya və iqtisadi əlaqələr sahəsində əməkdaşlığı dərinləşdirməyi hədəflədiyini vurğulayıb:

"Bu səfər daha geniş regional təmasların başlanğıcı olacaq".

Xatırladaq ki, Kassis Azərbaycanın Şərqlə Qərb arasında körpü rolunu qabardıb.

https://x.com/ignaziocassis/status/2084308001591013806