Azad olunmuş rayonlarda fləşmob hazırlanıb -

Azad olunmuş rayonlarda fləşmob hazırlanıb - VİDEO

30 Oktyabr 2025

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, işğaldan azad olunmuş rayonlarda Prezidentinin xüsusi nümayəndəliklərinin dəstəyi ilə fləşmob hazırlanıb.

Dövlət Komitəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bilidirilib ki, Böyük Qayıdışın bütün ünvanlarında doğma yurd yerlərində sevinci, qüruru hər kəs bir cür ifadə edir.

"Uşaqların sevinci isə bambaşqadır: səmaya uçan rəngbərəng şarlar onların arzu və ümidlərini təcəssüm etdirir", - qurumdan vurğulanıb.

Fləşmobda Suveren Azərbaycan: "Köklərimizə bağlılıq, işıqlı sabaha inam" sloqanı yazılıb.

Fləşmobun videoçarxını təqdim edirik: