Naxçıvanda ilk dəfə “Fibonacci” intellektual-əyləncəli oyunu təşkili olunub -

Naxçıvanda ilk dəfə “Fibonacci” intellektual-əyləncəli oyunu təşkili olunub - FOTO

30 Oktyabr 2025

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və "Fibonacci" MMC tərəfindən ölkənin ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “GİNius tələbə-gənclər kuboku 2025” çərçivəsində “Fibonacci” intellektual-əyləncəli oyunu təşkili olunur. Layihə "Konstitusiya və Suverenlik İli"  ilə əlaqədar gənclərin intellektual potensialının inkişaf etdirilməsi, sağlam rəqabət mühitinin yaradılması və kollektiv düşüncə bacarıqlarının təşviq edilməsinə xidmət edir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə oktyabrın 30-u Naxçıvanda oyunun yarımfinal mərhələsi reallaşıb. Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində keçirilən yarışmada muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrindən ümumilikdə 17 komanda iştirak edib.

Yekun sıralamaya əsasən Naxçıvan Dövlət Universiteti tələbələrindən ibarət komandalar ilk üç yerin sahibi olublar. Həmin komandalar muxtar respublikanı “Fibonacci” intellektual-əyləncəli oyununun final mərhələsində təmsil etmək hüququ əldə ediblər.