Naxçıvanda Zəfər Gününə həsr olunmuş basketbol yarışı keçirilib -

Naxçıvanda Zəfər Gününə həsr olunmuş basketbol yarışı keçirilib - FOTO

28 Oktyabr 2025

Oktyabrın 28-i məktəblilərdən ibarət basketbol komandaları arasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş muxtar respublika turniri keçirilib. İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan yarışda 4 komanda dairəvi sistem üzrə mübarizə aparıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, nəticələrə əsasən "Naxçıvan" komandası turnirin qalibi olub. "Culfa" ikinci, "Ordubad" isə üçüncü olub.

İlk üç yerin sahibi olan komandaların üzvləri diplom, medal və kubokla mükafatlandırılıb. Mükafatları Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov təqdim edib.