Boks üzrə Naxçıvan birinciliyinə start verilib - FOTO
Oktyabrın 27-si Naxçıvan şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş yeniyetmələr, gənclər və böyüklər arasında boks üzrə muxtar respublika birinciliyinə start verilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, yarışda şəhər və rayon komandalarından ümumilikdə 70-ə yaxın idmançı mükafatlar uğrunda mübarizə aparır.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan yarışda qaliblər 28 oktyabrda bəlli olacaq.












