Naxçıvanda yarımtikili uçub, 1 nəfər ölüb

Naxçıvanda yarımtikili uçub, 1 nəfər ölüb

30 Oktyabr 2025

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində dağıntı altında bir nəfərin qalması barədə məlumat daxil olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" bildirir ki, məlumat əsasında dərhal Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, Naxçıvan–Culfa magistral avtomobil yolunun yaxınlığında yerləşən yarımtikilinin divarının bir hissəsi uçub və nəticədə bir nəfər dağıntı altında qalıb.

Xilasedicilərin keçirdiyi əməliyyat tədbirləri nəticəsində dağıntı altında qalmış 2000-ci il təvəllüdlü Vəliyev Qurban Cəfər oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.