Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 gümüş medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 gümüş medal qazanıb

30 Oktyabr 2025

Ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasının üzvü Tehran Məmmədov Albaniyanın Dürres şəhərində keçirilən Avropa birinciliyində 3 gümüş medal qazanıb.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasından "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, 65 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı birdən qaldırma hərəkətində 133 kiloqram çəkini ram etməyi bacarıb. Təkanla qaldırma hərəkətində 155 kiloqram ağırlığı başı üzərinə qaldıran T. Məmmədov toplamda 288 kiloqram nəticə göstərib.

Beləliklə, birdən və təkanla qaldırma hərəkətlərinin uğurlu icrasına görə 2 gümüş mükafat qazanan Tehran Məmmədov toplamda da fəxri kürsünün ikinci pilləsinə yüksəlib.